Â
Paytaxtda müşahidə olunan aramsız yağış bir sıra ərazilərdə ciddi fəsadlar yaradıb.
Â
Pravda.az Trend-ə istinadən xəbər verir ki, yağış suları şəhərin müxtəlif küçə və prospektlərində toplanaraq hərəkəti çətinləşdirib.
Â
Xüsusilə piyadalar üçün vəziyyət daha da mürəkkəbləşib – səkilərin su altında qalması onların hərəkətinə mane olub.
Â
Bəzi ərazilərdə yağış sularının kanalizasiya sisteminə axıdılmasında çətinliklər yaranıb, nəticədə küçələrdə gölməçələr əmələ gəlib. Sürücülər də su ilə dolu yollarda hərəkət edərkən çətinliklərlə üzləşiblər.
Â
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.