EN

Çin İran müharibəsindən necə istfadə edir? TƏHLİL

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu halda bütün aqressiyasını Latın Amerikası və Avropa ölkələrinə qarşı yönəldəcək və onları öz müstəmləkəsinə çevirməyə çalışacaq. Bunun üçün isə hərbi-sənaye kompleksinin (HSK) istehsal gücünü artırmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə Tramp tərəfindən müvafiq tapşırıqlar verilib, Pentaqon HHM raketlərinin, tomahavkların və digər sursatların illik istehsalının azı 4 dəfə artırılması üzrə kontraktlar bağlayıb. Belə böyük hərbi təchizat kontraktlarının imzalanması onu göstərir ki, ABŞ çoxsaylı kiçik və ya iri müharibələr aparmağı planlaşdırır. Yəni ABŞ İran müharibəsində geri çəkilərsə, bu məcburi və müvəqqəti xarakter daşıyacaq – uzağı 2 il (sursat ehtiyatını təmin etdikdən) sonra o yenidən İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu müddət ərzində isə ABŞ daha kiçik müharibələrlə Latın Amerikası ölkələrində çevrilişlər edə, öz vassallarını hakimiyyətə gətirə bilər. Çinin buna qarşı hansı planı var? Məncə, Çin üçün İran müharibəsi onun ABŞ-ı "supergüclər liqası"ndan çıxartmaq planının 2-ci mərhələsidir. 1-ci mərhələ Ukrayna müharibəsində başlamışdı – 4 il ərzində ABŞ-ın bütün müttəfiqləri artilleriya qurğuları və mərmiləri, HHM sistemləri və raketləri, zirehli maşınları və şair üzrə bütün ehtiyatlarını Ukraynanın "dibsiz quyusuna" tökdülər. ABŞ da Ukrayna müharibəsində arsenallarının böyük qismini boşaltdı. 2-ci mərhələ İran müharibəsi oldu. Çinə görə, bu mərhələdə ABŞ olan-qalan sursatını sərf etməli idi. Avropanın ABŞ-İsrail cütlüyünə qoşulmamasının bir səbəbi də bu idi ki, onların sursatı yox idi.

Peyn İnstitutunun (Payne Institute for Public Policy at Colorado School of Mines) xüsusi monitorinq vasitəsi İran müharibədə sursat sərfini izləyir. Onun məlumatına görə, müharibənin ilk 16 günündə ABŞ-İsrail cütlüyü 11.294 sursat istifadə edib. Bu sursatın yeniləri ilə əvəz edilməsi üçün illər tələb olunur. ABŞ ordusunun THAAD raketləri uzağı 1 aya tükənəcək. İsrailin vəziyyəti daha da kritikdir. "Arrow" (HHM sistemi) raketlərinin mart ayının sonunadək tükənəcəyi gözlənilir. Aydındır ki, ABŞ İran müharibəsini uzun müddət davam etdirə bilməz – buna, sadəcə, sursatı çatmayacaq. 3-cü mərhələdə isə Çin ABŞ-ın sursat istehsalını bloklamalıdır. Buna nail olsa, ABŞ "supergüclər liqası"ndan xaric ediləcək. Müasir silah-sursatın – patrondan tutmuş sualtı qayıqlaradək – demək olar ki, hamısında nadir torpaq elementlərindən (NTE) istifadə olunur. Pentaqonun istifadə etdiyi silah-sursatın 80 mindən çox komponentinin tərkibində NTE var. Müqayisə üçün aşağıdakı hərbi texnika üçün tələb olunan NTE-nin kütləsinə baxaq:

▪️ “F-35” qırıcı təyyarəsi – 417 kq

▪️ "Arleigh Burke" tipli esmines – 2,3 t

▪️ "Virginia" tipli atom sualtı qayığı – 4,1 t

Qlobal NTE hasilatının ~70%-i, qlobal NTE emalının ~91%-i Çinin nəzarətindədir. Keçən il Tramp Çinə qarşı çip müharibəsinə başlayanda Çin də cavab kimi ABŞ-a əvvəl 2, bir neçə ay sonra 17 NTE ixracı üzrə embarqo qoydu. ABŞ şirkətləri Çin istehsalı NTE-ləri başqa ölkələr vasitəsilə almağa başladılar. ABŞ daxilində NTE qiymətləri artdı. ABŞ-ın Tayvana “Tomahavk” raketləri satmasına cavab olaraq isə Çin avqustda NTE ixracının məhduslaşdırılması qaydalarını tətbiq etdi. Çin idxalçı şirkətə NTE satmazdan əvvəl onun nəyə istifadə ediləcəyi, azı 3 il əvvəlki istifadə həcmləri, şirkətin aktual istehsal gücü, alınmış sifarişləri haqda təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir, bütün bunlara baxmayaraq, idxalçının Çindən aldığı NTE-ni üçüncü şirkətə satması aşkar olunursa, ona NTE satışı dayandırılır. Nəticədə 3-cü ölkələrdən NTE idxalı mümkünsüz olduğuna görə ABŞ-da NTE qiymətləri azı 5 dəfə, bəzi elementlər üzrə 20 dəfədən də çox artdı. Bu da hərbi məhsullarının həm qiymətinin artmasına, həm də istehsal müddətinin uzanmasına səbəb oldu. NTE-dən kritik asılı olan avtomobil şirkətləri dayanmaq həddində çatdı. NTE ehtiyatı tükənən şirkətlərin təzyiqi altında Tramp tələsik bir bəhanə tapıb, 30 avqustda Si ilə C.Koreyada görüşməyə məcbur oldu. Həmin görüşdə ABŞ-Çin ticarət müharibəsində müvəqqəti (1 illik) yumşalma barədə razılaşma əldə olundu. Lakin Tramp Çinin ABŞ şirkətlərinə tətbiq etdiyi NTE embarqosunu tam ləğv etdirə bilmədi. Çin mülki şirkətlərə NTE embarqosunu ləğv etsə də HSK-ya qarşı NTE embarqosunu saxladı. İxrac məhdudiyyətləri qüvvədə olduğundan ABŞ-ın mülki şirkətləri idxal etdikləri NTE-ni HSK şirkətlərinə sata bilmirlər.

"South China Morning Post" qəzetinin 4 mart tarixli məlumatına görə, ABŞ HSK-sının cəmi 2 aylıq NTE ehtiyatı qalıb. Bu ehtiyat indiki istehsal həcminə görə hesablanıb. Əgər Pentaqonun sifarişinə əsasən istehsal 4 dəfə artırılarsa, ehtiyatlar heç 1 aya da çatmaya bilər. Trampın planına görə, o, İranı işğal etdikdən sonra Pekinə səfər etməli (31 mart - 2 aprel), Si ilə qalib kimi görüşməli və NTE problemini öz xeyrinə həll etməli idi. Alınmadı... İndi ABŞ-ın HSK-sinin taleyi Trampdan yox, Sidən asılıdır. ABŞ yeni gəmilərsiz, təyyarələrsiz bəlkə də 3-5 il güc nümayiş etdirə bilər, lakin sursatsız bu texnikalar muzey eksponatları kimi bir şeydir. Siyə qaldıqda isə... niyə onun ölkəsini 1 nömrəli düşməni elan edən ölkənin hərbi sənayesini xilas etməlidir?! Asif Şəfəqqətov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
1
azvision.az

2Sources