EN

“Bu, yalandır” - Kreml ABŞ-la bağlı iddiaları rədd etdi

ABŞ-a təzyiq göstərmək üçün Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft tədarükünün dayandırılması planları barədə məlumatlar yalandır.

Milli.Az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunu sıradan çıxarmağa çalışmağa davam edir və dəfələrlə ona qarşı dron hücumları həyata keçirib.

"Kiyev enerji şantajı ilə məşğul olmağa davam edir ki, bu da şirkətimizin, Amerika şirkətlərinin və Qazaxıstan şirkətlərinin maraqlarına zərər verir", - Peskov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
8
olaylar.az

9Sources