Bakıda yağan güclü yağış paytaxtın infrastrukturundakı ciddi problemləri bir daha gün üzünə çıxarıb. Xüsusilə Xəzər rayonu ərazisində yolların keçilməz hala düşməsi sakinlərin narazılığına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, rayon ərazisində çəkilən görüntülərdə yolların tamamilə su ilə dolduğu, kanalizasiya sisteminin işləmədiyi aydın görünür.
Videodan da göründüyü kimi, bəzi ərazilərdə suyun səviyyəsi avtomobillərin təkərlərini keçib.
Bu vəziyyət həm nəqliyyatın hərəkətini iflic edib, həm də nəqliyyat vasitələrinə ciddi texniki ziyan vurub.
Sürücülər bildirirlər ki, hər dəfə yağış yağanda eyni mənzərə təkrar olunur və aidiyyəti qurumlar problemin köklü həlli üçün heç bir addım atmırlar. Sakinlər yolların bərbad vəziyyətindən və gölməçələrin yaranmasından şikayətçidirlər. /oxu24.com/
Həmin görüntüləri təqdim edirik: