17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz yekunlaşıb.
Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb – 1:1. Komanda martın 30-da Malta ilə qarşılaşacaq.