EN

İranın Qum şəhərinə zərbələr nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ və İsrailin İranın mərkəzi hissəsindəki Qum şəhərinə endirdiyi zərbələr nəticəsində həyatını itirən dinc sakinlərin sayı 15-ə çatıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
 
Məlumata görə, daha 10 nəfər isə yaralanıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
 
12:03
 
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.
 
Moderator.az-ın "Fars" agentliyinə istinadən xəbərinə görə, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat verir.
 
O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələlik məlum deyil.
 
Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.
 
Chosen
7
1
moderator.az

10Sources