EN

NATO ölkələri müdafiə xərclərini artırdı

NATO üzvü olan bütün ölkələr 2025-ci ilin yekunlarına görə müdafiə xərclərini artıraraq ÜDM-in minimum 2%-i hədəfinə çatıb.

Olaylar.az-ın məlumatına görə, bu barədə alyansın baş katibi Mark Rutte tərəfindən martın 26-da yayımlanan illik hesabatda bildirilir.

Hesabata əsasən, 2025-ci ildə 2%-lik minimum göstəriciyə son olaraq İspaniya, Portuqaliya, Albaniya, Belçika və Kanada nail olub.

Nisbi göstəricilərə görə isə NATO ölkələri arasında müdafiəyə ən çox vəsait ayıran Polşa olub - ÜDM-in 4,3%-i.

Ümumilikdə, alyans ölkələrinin müdafiə xərcləri 1,4 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
3
olaylar.az

4Sources