EN

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Aparıcı Tarix Əliyevin (Tolik) qızı Milananın ad günüdür.

Bizim.Media xəbər verir ki, Tolik bununla bağlı paylaşım edib.

O, övladını bu sözlərlə təbrik edib:

"2025-ci ilin martın 27-si… Həyatımın ən böyük dəyişikliklərindən birinin ildönümü. İlk günlər heç nə hiss etmirdim, sanki hər şey adi idi. Amma günlər keçdikcə qəlbimdə böyüyən o hissin adını anladım - sevgi. Və anladım ki, mən artıq valideynəm, atayam. Zaman necə də tez keçdi.

Bu gün dünyamın ən qiymətli varlığı - Milanamın bir yaşı tamam olur. İndi ona “ataya bax” deyəndə baxır, “atanı öp” deyəndə öpür, “ata” sözünü anlayır. Amma ən əsası, “qızım” sözünün nə demək olduğunu anladım. Bilirəm ki, bu dünyada mənim üçün nəfəs alan bir can var, onun adı Milana.
 

Allah mənə göz açıb-yumana qədər onun bu bir yaşını görməyi nəsib etdi. İnşallah, ömür versin, əlimdən tutub ilk addımlarını görüm, onu bağçaya aparım, məktəbə yola salım, universitetdə oxuduğunu görüm. Bir gün onu öz evimdən gəlin köçürüm. Qızım, bir yaşın mübarək. Nə yaxşı ki, həyatıma gəldin, varsan, həyatımı bu qədər gözəlləşdirdin".


Qeyd edək ki, Tolik qızının surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib. 






Bizim.Media

Chosen
3
2
bizim.media

3Sources