EN

Bakı reysində "xəzinə" həyəcanı: Babasının yadigarını Azərbaycana gətirmək istədi, amma...

Yekaterinburqun "Koltsovo" hava limanında gömrükçülər Bakıya qədim samovar aparmaq istəyən şəxsi saxlayıblar.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, "yaşıl dəhliz"lə keçməyə çalışan sərnişinin baqajına baxış zamanı 19-cu əsrə aid nadir əşya aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, misdən hazırlanmış bu samovar məşhur Şemarin qardaşlarının fabrikində, 100 ildən çox əvvəl istehsal olunub. Əşyanın üzərindəki çoxsaylı möhürlər (damğalar) onun yüksək tarixi və mədəni dəyərə malik olduğunu təsdiqləyir.

Samovarı Bakıya aparmaq istəyən kişi bunun ailə yadigarı olduğunu deyib. O bildirib ki, əşya illərdir əmisinin Çelyabinskdəki qarajında saxlanılıb və o, sadəcə babasından qalan bu mirası vətəninə aparmaq istəyib.

Qanunvericiliyə görə isə mədəni dəyər daşıyan əşyaların bəyan edilmədən ölkədən çıxarılması qadağandır.

Chosen
8
1
publika.az

10Sources