AZ

Bakı reysində xəzinə həyəcanı: Rusiya imkan vermədi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yekaterinburqun “Koltsovo” hava limanında gömrükçülər Bakıya qədim samovar aparmaq istəyən şəxsi saxlayıblar.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “yaşıl dəhliz“lə keçməyə çalışan sərnişinin baqajına baxış zamanı 19-cu əsrə aid nadir əşya aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, misdən hazırlanmış bu samovar məşhur Şemarin qardaşlarının fabrikində, 100 ildən çox əvvəl istehsal olunub. Əşyanın üzərindəki çoxsaylı möhürlər (damğalar) onun yüksək tarixi və mədəni dəyərə malik olduğunu təsdiqləyir.

Samovarı Bakıya aparmaq istəyən kişi bunun ailə yadigarı olduğunu deyib. O bildirib ki, əşya illərdir əmisinin Çelyabinskdəki qarajında saxlanılıb və o, sadəcə babasından qalan bu mirası vətəninə aparmaq istəyib.

Qanunvericiliyə görə isə mədəni dəyər daşıyan əşyaların bəyan edilmədən ölkədən çıxarılması qadağandır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
globalinfo.az

10Mənbələr