EN

ABŞ İrana qarşı daha 10 min hərbçi göndərir Tramp variantları nəzərdən keçirir

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Trump İrana qarşı aparılan əməliyyatlar fonunda bölgəyə əlavə 10 min hərbçinin göndərilməsi imkanını nəzərdən keçirir. Bildirilir ki, yeni kontingentin tərkibinə piyada qoşunları və zirehli texnika daxil olacaq. Eyni zamanda, artıq təxminən 5 min dəniz piyadası və bir neçə min desantçıya bölgəyə yola düşmək əmri verildiyi qeyd olunur.

Nəşrin yazdığına görə, qüvvələrin konkret olaraq hansı ölkə və ya əraziyə yerləşdiriləcəyi hələlik açıqlanmır. Bununla belə, onların həm İran ərazisinə, həm də Xarq adasına yaxın məsafədə dislokasiya olunacağı ehtimal edilir.

Ekspertlər hesab edirlər ki, bu addım Vaşinqtonun regionda hərbi-siyasi təzyiqini artırmaqla yanaşı, mümkün eskalasiya risklərini də yüksəldə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
2
hurriyyet.az

3Sources