EN

Yeni iPhone 200 meqapiksellik kamera ilə gəlir

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Texnologiya nəhəngi "Apple" gələcək "iPhone" modellərində kamera sistemini kökündən yeniləməyə hazırlaşır. Son sızdırılan məlumatlara görə, şirkət artıq 200 meqapiksellik yeni sensorları sınaqdan keçirməyə başlayıb.Demokrat.az xəbər verir ki, bu, "iPhone" kameraları üçün indiyə qədərki ən böyük sıçrayış hesab olunur.İnsayderlərin verdiyi məlumata görə, yeni sensor "Oppo Find X9 Ultra" modelində istifadə olunan 1/1,12 düymlük ölçüyə sahib ola bilər. Qeyd edək ki, "Apple" son illərdə 48 meqapiksellik həllərə üstünlük versə də, rəqibləri olan "Samsung" və bir sıra Çin brendləri artıq 200 meqapiksellik kameraları tətbiq ediblər. Analitiklər bu yeniliyin detalların kəskinliyini artıracağını və keyfiyyət itkisi olmadan daha yaxınlaşdırılmış (zoom) fotolar çəkməyə imkan verəcəyini bildirirlər.Bu texnologiyanın konkret hansı modeldə debüt edəcəyi hələ dəqiq deyil. Bəzi mənbələr 200 meqapiksellik kameranın 2027-ci ildə, "iPhone"un 20 illiyi münasibətilə buraxılacaq xüsusi modeldə təqdim olunacağını iddia edir. Digər tərəfdən, "Morgan Stanley" analitikləri bu keçidin 2028-ci ilə qədər uzana biləcəyini ehtimal edirlər. Hər bir halda, "Apple"ın əsas məqsədi meqapiksel sayını artırmaqla yanaşı, təsvir emalı və çəkiliş keyfiyyəti arasındakı balansı qorumaqdır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
demokrat.az

1Sources