EN

İranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var

İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.

7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat verib.

O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələlik məlum deyil.

Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.
Chosen
6
4
7news.az

10Sources