EN

Qriqoryan: Azərbaycandan tranzit region üçün yeni imkanlar yaradır

Azərbaycan vasitəsilə Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının genişlənməsinə imkan yaradır.
 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Şımkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.


O qeyd edib ki, bu, nəqliyyat-logistika infrastrukturunun diversifikasiyasının xarici ticarətin stimullaşdırılmasına verdiyi töhfənin aydın nümunəsidir.


Qriqoryan daxili bazarların qorunmasından danışarkən vurğulayıb ki, sistemli monitorinq yalnız yaranan disbalansları operativ aşkar etməyə deyil, həm də daxili bazarın qorunması və yerli istehsalçıların dəstəklənməsi üçün effektiv tədbirlər hazırlamağa imkan verir./Trend

Tarix: 27 Mart 2026, 12:32   
Chosen
3
3
pravda.az

4Sources