EN

“Elnurla vidaya KVN komandasından heç kim gəlmədi”

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Bu şəhərdə” prodakşının rəhbəri Müşviq Abbasov “Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi Elnur Məmmədovun dəfn mərasimi ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Abbasov Məmmədovla vidada KVN komandasından heç kimin olmadığını bildirib:

“Dünən 20-ci əsrin çempionu olan “Parni iz Baku” KVN komandasının yaradıcılarından biri və birincilərindən olan, komandanın baş müəllifi üzərimdə və yəqin ki, komandanın bir çox üzvlərinin üzərində haqqı olan Elnur Məmmədovu bu dünyadan yola saldıq.

Mən və Vaqif Gərayzadə məsciddə, yuyulma mərasimində Bəhram Bağırzadəni gördük.

Amma qəbiristanlıqda, dəfn mərasimində “Parni iz Baku"dan heç kimi görmədik.

Orada KVN-şiklərdən, məndən və Elnurdan başqa heç kim yox idi.

Yəqin kimsə burada deyildi, kimsə müalicədə idi, kimsə daha ciddi işlə məşğul idi, kimsə bunu özünə borc bilmədi, kimi isə ona Elnura borc bilmədi.

Amma elə insanlar var ki, onları son mənzilə yola salmaq borc yox, vicdan məsələsidir. Əgər vicdan varsa....

Bəlkə də kapitan-Anar Məmmədxanov bu dünyada olsaydı, Elnuru o dünyaya yola salmağa komandadan çoxları gələrdi...

Nə isə... Allah Elnura rəhmət eləsin!

Elnurun o dünyasındakı eli nurla dolsun.

Bu dünyada zarafatları ilə sanki bir cənnət bəxş edən Elnurun yeri də cənnət olsun. Amin!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
10
olay.az

10Sources