EN

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah sursatlar aşkarlanıb

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Daxili İşlər Nazirliyinin əməkdaşları martın 26-da Bakı və ayrı-ayrı rayonlarda 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Həmçinin qeyd olunub ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
20
baku.ws

10Sources