EN

NATO-dan Azərbaycanla bağlı mühüm mesaj

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühüm əhəmiyyət daşıyır.

Day.Az xəbər verir ki, bu fikirlər NATO-nun baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini alqışlayıb:

"Avqustda sülh sazişinin paraflanması normallaşma və regional təhlükəsizlik istiqamətində mühüm addım olub. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır".

Chosen
17
12
day.az

10Sources