EN

Apreldə Astanada Xəzər dənizinin səviyyəsinin aşağı düşməsini ilə bağlı iclası keçiriləcək

Bakı. Trend:

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim BayelAzərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrəNümayəndəsi Muxtar Babayevlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, həmsöhbətlər ekolojigündəlik, Xəzər dənizinin ekosisteminin qorunması, qarşıdan gələnbirgə tədbirlərə hazırlıq və ətraf mühitin mühafizəsi sahəsindəbeynəlxalq təşəbbüslərə qarşılıqlı dəstək məsələlərini müzakirəediblər.

Bildirilib ki, Alim Bayel bir daha Azərbaycan tərəfini 22–24aprel 2026-cı il tarixlərində Astana şəhərində keçiriləcək RegionalEkoloji Zirvə Görüşünün işində fəal iştirak etməyə dəvət edib.Zirvə Görüşü çərçivəsində Xəzər dənizinin səviyyəsinin aşağıdüşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilkiclası keçiriləcək. Tərəflər görüşün Xəzər dənizininakvatoriyasında vahid regional ekoloji təhlükəsizlik sistemininyaradılması yolunda mühüm addım olacağına ümid etdiklərinibildiriblər.

Səfir A.Bayel həmçinin həmsöhbətinə Qazaxıstan PrezidentiKasım-Jomart Tokayevin BMT sistemi çərçivəsində tamhüquqlu sutəşkilatının yaradılması təşəbbüsü barədə məlumat verib. M.Babayev, Azərbaycan Respublikasının Qazaxıstan liderinin butəşəbbüsünü tam şəkildə dəstək verəcəyini və bunu qlobal iqlimçağırışları şəraitində su ehtiyatlarının idarə olunması sahəsindəyığılıb qalmış problemlər kontekstində son dərəcə aktual hesabetdiyini bildirib. Azərbaycan Prezidentinin Nümayəndəsininsözlərinə görə, bu gün su problemlərinin təkcə ekoloji xarakterdaşımadığı, həm də təhlükəsizlik və iqtisadiyyat məsələlərinəbirbaşa təsir etdiyi üçün bu təşkilatın yaradılması çox vaxtındaatılan addım olar.

M.Babayev Astana və Bakının ətraf mühitin mühafizəsi və iqlimməsələlərində səylərinin sinerjisi yalnız iki ölkənin millimaraqlarına cavab vermədiyini, həm də bütövlükdə Xəzər regionunundavamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Ümumilikdə,həmsöhbətlər Qazaxıstan–Azərbaycan münasibətlərinin inkişafdinamikasını yüksək qiymətləndirib, həmçinin ekologiya sahəsindəikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsindəqarşılıqlı marağını təsdiqləyiblər.

Apreldə
Chosen
18
16
az.trend.az

10Sources