AZ

Apreldə Astanada Xəzər dənizi üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək

22–24 aprel 2026-cı il tarixlərində Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşü çərçivəsində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası baş tutacaq.

"Report"un Qazaxıstanın Bakıdakı səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, bu məsələ Qazaxıstan diplomatik missiyasının rəhbəri Alim Bayelin Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşündə müzakirə olunub.

Görüşdə Azərbaycanın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin BMT sistemi çərçivəsində tamhüquqlu su təşkilatının yaradılması təşəbbüsünü dəstəklədiyi vurğulanıb.

"M.Babayev Azərbaycan Respublikasının Qazaxıstan liderinin bu təşəbbüsünü tam şəkildə dəstək verəcəyini və bunu qlobal iqlim çağırışları şəraitində su ehtiyatlarının idarə olunması sahəsində yığılıb qalmış problemlər kontekstində son dərəcə aktual hesab etdiyini bildirib. Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, bu gün su problemlərinin təkcə ekoloji xarakter daşımadığı, həm də təhlükəsizlik və iqtisadiyyat məsələlərinə birbaşa təsir etdiyi üçün bu təşkilatın yaradılması çox vaxtında atılan addım olar", - məlumatda qeyd olunub.

Həmsöhbətlər ekoloji gündəlik, Xəzər dənizinin ekosisteminin qorunması, qarşıdan gələn birgə tədbirlərə hazırlıq və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşəbbüslərə qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Alim Bayel Azərbaycan tərəfini Regional Ekoloji Zirvə Görüşünün işində fəal iştirak etməyə dəvət edib.

Seçilən
11
14
far.az

10Mənbələr