İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Astara dəmir yolu stansiyasına daxil olduqdan sonra Astara terminalı vasitəsilə İrana yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.
Humanitar yük İran İslam Respublikasında “Cənub” yük terminalına təhvil veriləcək.
23:43
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı axşam saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin Astara stansiyasına daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsasən tibbi vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur. Yükün daha sonra İran ərazisində təyinat nöqtəsinə avtomobil nəqliyyatı ilə çatdırılması planlaşdırılır.