EN

Qlen Dalisay: Qarabağda bərpa işlərinin sürəti heyranedicidir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağda tikinti və bərpa işlərinin sürəti, son illərdə Azərbaycanın simasındakı dəyişikliklər beynəlxalq səyyahları heyran edir".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Laçında ABŞ-dən olan filippinəsilli səyyah Qlen Dalisay bildirib:

"Bu, mənim Qarabağa ilk səfərimdir. Tarixi öyrənməyi və mühüm hadisələrin baş verdiyi yerlərdə olmağı sevirəm.

Köhnə binaları və yüksək templə inşa edilən yeni tikililəri görərək burada nələrin baş verdiyini öyrənmək maraqlı idi. Burada tikinti işləri çox fəal şəkildə aparılır".

Səyyah əlavə edib ki, bu, onun Azərbaycana ikinci səfəridir, birinci dəfə ölkəmizdə 2018-ci ildə olub. Onun sözlərinə görə, ölkənin simasında nəzərəçarpan fərq var:

"O vaxt Bakıda olmuşdum, indi bura tamamilə fərqli görünür. Şəhər daha müasir olub, çoxlu yeni binalar ucaldılıb".

Qeyd edək ki, ötən gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
oxu.az

2Sources