AZ

Qlen Dalisay: Qarabağda bərpa işlərinin sürəti heyranedicidir

Qarabağda tikinti və bərpa işlərinin sürəti, son illərdə Azərbaycanın simasındakı dəyişikliklər beynəlxalq səyyahları heyran edir.

Bunu "Far.Az"un müxbirinə Laçında ABŞ-dan olan filippinəslilli səyyah Qlen Dalisay bildirib.

"Bu, mənim Qarabağa ilk səfərimdir. Mən tarixi öyrənməyi və mühüm hadisələrin baş verdiyi yerlərdə olmağı sevirəm.

Köhnə binaları və yüksək templə inşa edilən yeni tikililəri görərək burada nələrin baş verdiyini öyrənmək maraqlı idi. Burada tikinti işləri çox fəal şəkildə aparılır", - o qeyd edib.

Səyyah əlavə edib ki, bu, onun Azərbaycana ikinci səfəridir, birinci səfər isə 2018-ci ildə olub. Onun sözlərinə görə, ölkənin simasında nəzərəçarpan fərq var.

"O vaxt Bakıda olmuşdum, indi o tamamilə fərqli görünür. Daha müasir olub, çoxlu yeni binalar ucaldılıb", - Dalisay vurğulayıb.

Qeyd edək ki, ötən gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.

Seçilən
20
1
far.az

2Mənbələr