EN

NATO-dan Azərbaycanla bağlı mesaj

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühüm əhəmiyyət daşıyır.Metbuat.az xəbər verir ki, bu fikirlər NATO-nun baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib. Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini alqışlayıb:

“Avqustda sülh sazişinin paraflanması normallaşma və regional təhlükəsizlik istiqamətində mühüm addım olub. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”.

Chosen
6
12
metbuat.az

10Sources