EN

Türkiyə pley-off finalına çıxdı – Rəqibi bu komanda olacaq


Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.
Yeniavaz.com
xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Türkiyə millisinin finaldakı rəqibi bəlli olub. Səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gələn Kosovo finala vəsiqə qazanıb.
Bundan başqa, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. Uels - Bosniya və Herseqovina və Çexiya - İrlandiya matçlarında isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal


A yolu
23:45. İtaliya - Şimali İrlandiya - 2:0
23.45. Uels - Bosniya və Herseqovina - 1:1 (Əlavə vaxt)

B yolu
23:45. Ukrayna - İsveç - 1:3
24:45. Polşa - Albaniya - 2:1

C yolu
21:00. Türkiyə - Rumıniya - 1:0
23:45. Slovakiya - Kosovo - 3:4

D yolu
23:45. Danimarka - Şimali Makedoniya - 4:0
23:45. Çexiya - İrlandiya - 2:2 (Əlavə vaxt)

Final
Kosovo - Türkiyə
İsveç - Polşa

Avropa zonası üzrə pley-off finalları martın 31-də təşkil olunacaq.
Chosen
24
4
yeniavaz.com

7Sources