EN

“Sent Lüsiyaya da uduzsaq, onda niyə futbol oynayırıq?” Nazim Süleymanovun ə AÇIQLAMASI

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisi 11 aprel 2024-cü ildən - Macarıstanda Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdiyi oyundan sonra qələbə üzünə həsrətdir.

Bəs bu gün “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan və Sent-Lüsiya yığmaları arasında keçiriləcək qarşılaşma millimizin uğursuz seriyasına son qoyacaqmı?

İdman.Biz bu sualla ölkə futbolunun ən yaxşı hücumçularından biri olmuş Nazim Süleymanova müraciət edib.

“Fikrimcə, bu gün millimiz nəhayət qalib gələcək və artıq demək olar ki, iki ilə yaxın davam edən bu uğursuz seriyaya son qoyacaq. Əminəm ki, futbolçular da anlayırlar: rəqibə hörmətlə yanaşsaq da, Sent-Lüsiyanı məğlub etməməyə onların sadəcə haqqı yoxdur. Əgər biz bu komandaya da uduzsaq, onda ümumiyyətlə niyə futbol oynayırıq? Ümid edirəm ki, doğma Sumqayıtımda futbolçularımız stadionu başıuca tərk edəcəklər”, - deyə Nazim Süleymanov bildirib.

Xatırladaq ki, Azərbaycan - Sent-Lüsiya oyunu bu gün saat 19:00-da Sumqayıtdakı Mehdi Huseynzadə adına Stadium keçiriləcək.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
icma.az

2Sources