Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off finalının son 2 iştirakçısı da bəlli olub.
Offsideplus.az xəbər verir ki, yarımfinalda Uelsə qalib gələn Bosniya və Herseqovina və İrlandiyanı məğlub edən Çexiya adını həlledici matçlara yazdırıb.
Bundan öncə isə Türkiyə, Kosovo, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib.
Avropa zonası üzrə pley-off finalları martın 31-də baş tutacaq. Bu matçların nəticələrinə əsasən, daha 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək.