Bakı, 27 mart, AZƏRTAC
Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off finalının son 2 iştirakçısı bəlli olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalda Uelsə qalib gələn Bosniya və Herseqovina və İrlandiyanı məğlub edən Çexiya adını həlledici matçlara yazdırıb.
Daha əvvəl isə Türkiyə, Kosovo, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23.45. Uels - Bosniya və Herseqovina - 1:1 (Penaltilər seriyasında - 2:4)
D yolu
23:45. Çexiya - İrlandiya - 2:2 (Penaltilər seriyasında - 4:3)
Final
Kosovo - Türkiyə
İsveç - Polşa
Bosniya və Herseqovina - İtaliya
Çexiya - Danimarka
Avropa zonası üzrə pley-off finalları martın 31-də keçiriləcək. Bu matçların nəticələrinə əsasən, daha 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.