ABŞ-nin Havay ştatının Kauai adasında göyərtəsində pilot və dörd sərnişinin olduğu ekskursiya helikopteri qəzaya uğrayıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Hawaii News Now" portalının məlumatında deyilir.
Hadisə nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.
Qeyd olunub ki, helikopter sahil yaxınlığında qəzaya uğrayıb.