EN

Pley-off-da finalçılar müəyyənləşdi - DÇ-2026 

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.


Manset.az xəbər verir ki,  A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçirilib.

Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Həmçinin Danimarka, İtaliya, Kosovo, İsveç, Polşa, Çexiya və Bosniya və Herseqovina yığmaları da finala yüksəlib.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.

26 mart

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

C yolu

21:00. Türkiyə - Rumıniya - 1:0
Qol: 
Kadıoğlu, 53

23:45. Slovakiya - Kosovo - 3:4
Qollar: 
Valyent, 6, Haraslin, 45, Streleç, 90+4 - Hodza, 21, Aslani, 47, Muslia, 60, Hayrizi, 72

A yolu

23:45. İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: 
Tonali, 56, Kin, 80

23.45. Uels - Bosniya və Herseqovina - 1:1, Penaltilər seriyası - 2:4
Qollar:
 Ceyms, 51 - Dzeko, 86

B yolu

23:45. Ukrayna - İsveç - 1:3
Qollar: 
Pomomarenko, 90 - Qyökereş, 6, 51, 73-pen.

24:45. Polşa - Albaniya - 2:1
Qollar: 
Levandovski, 63, Zelinski, 73 - Hoxa, 42

D yolu

23:45. Danimarka - Şimali Makedoniya - 4:0
Qollar:
 Damsqaard, 49, İsaksen, 58, 59, Norqard, 75

23:45. Çexiya - İrlandiya - 2:2, Penaltilər seriyası - 4:3
Qollar: Şik, 27-pen; Kreyçi, 86 - Parrot, 19-pen, Kovar, 23-avtoqol

Pley-off-un final cütlükləri

A yolu

İtaliya –  Bosniya və Herseqovina

B yolu

İsveç - Polşa

C yolu

Türkiyə – Kosovo

D yolu

Danimarka – Çexiya

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada  keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Chosen
10
2
manset.az

10Sources