EN

Arda Gülərin ailəsi Türkiyə millisinin qələbəsinə elə reaksiya göstərdi ki... - VİDEO

Xəbər verildiyi kimi, futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin ilk qarşılaşması keçirilib. "Tüpraş" stadionunda baş tutan qarşılaşmada Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb.

Musavat.com xatırladır ki, qələbə qolunu 53-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.

Arda Gülərin sağ cinahdan cərimə meydançasına göndərdiyi ötürməni dəyərləndirən Kadıoğlu topu qapıdan keçirərək matçın yekun hesabını müəyyənləşdirib.

Matçı tribunadan izləyən Arda Gülərin ailəsi asistdən sonra vurulan qoldan böyük sevinc yaşayıb. Həmin anlar kameralara yansıyaraq qısa müddətdə sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Sözügedən görüntünü təqdim edirik.

Chosen
8
14
musavat.com

10Sources