EN

DÇ-2026-da pley-off həyəcanı - GÜNÜN NƏTİCƏLƏRİ

Bu gün DÇ-2026-nın pley-off mərhələsinin yarımfinal matçlarına start verilib.

Oxu.Az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə səkkiz gərgin qarşılaşma baş tutub.

Türkiyə yığması İstanbulda Rumıniya seçməsi ilə həlledici duelə çıxıb. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.

Günün digər qarşılaşmaları aşağıdakı kimi nəticələnib:

Çexiya - İrlandiya 2:2 (Penaltilər zərbəsi- 4:3);

Danimarka - Şimali Makedoniya 4:0;

İtaliya - Şimali İrlandiya 2:0;

Polşa - Albaniya 2:1;

Slovakiya - Kosovo 3:4;

Ukrayna - İsveç 1:3;

Uels - Bosniya və Herseqovina 1:1 (Penaltilər zərbəsi- 2:4).

Dünya çempionatına vəsiqə qazandıracaq həlledici final görüşləri isə martın 31-də təşkil olunacaq.

Chosen
3
1
news365.az

2Sources