EN

ABŞ tarixində ilkə imza atılır

ABŞ Prezidenti Donald Trampın imzası gələcək kağız dollarların üzərində yer alacaq ki, bu da tarixdə vəzifədə olan Amerika lideri üçün ilk hadisə olacaq.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin saytı məlumat yayıb.

"Ulu ölkəmizin və Prezident Donald Trampın tarixi nailiyyətlərini tanımaq üçün onun adını daşıyan ABŞ dolları əskinaslarından daha güclü bir vasitə yoxdur", — deyə qurumun rəhbəri Skott Bessent bildirib. ABŞ xəzinədarı Brendon Biçin fikrincə, Trampın imzasının dollarlar üzərində çap edilməsi "nəinki yerindədir, həm də tamamilə layiqdir".

Martın 20-də ABŞ-ın İncəsənət Komissiyası, üzərində Trampın portreti olan xatirə qızıl sikkəsinin buraxılmasını təsdiqləyib. 2025-ci ilin oktyabrında isə ABŞ Xəzinədarlığının Birləşmiş Ştatların qurulmasının 250 illiyi münasibətilə üzərində Trampın təsviri olan yeni 1 dollarlıq kolleksiya sikkələrinin buraxılması imkanlarını nəzərdən keçirdiyi bildirilirdi. Layihə çərçivəsində sikkənin üzərində hazırkı ABŞ prezidenti Amerika bayrağı fonunda qaldırılmış yumruğu ilə təsvir olunacaq. Bu obraz onun 2024-cü ildəki sui-qəsddən sonra çəkilmiş məşhur fotoşəklinə istinad edir.

Chosen
25
publika.az

1Sources