ain.az bildirir, Gununsesi portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Moskvanın Amerika seçki proseslərinə müdaxiləsi və Ukraynaya genişmiqyaslı hücumu səbəbindən Rusiyaya qarşı tətbiq edilmiş ayrı-ayrı sanksiyaların müddətini bir il uzadıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlərinin federal reyestrində öz əksini tapıb.
Qeyd olunub ki, Rusiyanın fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır.
“Bu səbəbdən 14024 saylı fərmanla elan edilmiş sanksiyalarla bağlı fövqəladə vəziyyət 15 aprel 2026-cı ildən sonra da qüvvədə qalmalıdır”, – məlumatda bildirilib.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.