EN

Nyu York məhkəməsi Maduro və arvadı haqda qərar verəcək

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Nyu-Yorkun Manhetten federal məhkəməsində keçmiş Venesuela prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə iclası başlayıb.

Globalinfo.az xəbər verir ki, iclas hakim Elvin Hellerstein sədrliyi ilə keçirilir.

Maduro və həyat yoldaşı Siliya Flores müdafiə masasında oturaraq, qulaqlıqlardan istifadə ediblər və sinxron tərcümə ilə prosesi dinləyiblər. Vəkil Barry Pollak bildirib ki, ittiham olunanların öz seçdikləri vəkili tutmaq və müdafiə xərclərini ödəmək hüququ var.

Maduro və həyat yoldaşı qeyd edib ki, hüquqi xidmətləri öz hesablarına ödəyə bilmirlər və müdafiə xərclərinin Venesuela hökuməti tərəfindən maliyyələşdirilməsini tələb edirlər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
globalinfo.az

1Sources