Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət alıb.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov məlumat verib.
Â
Onun sözlərinə görə, Donald Tramp öz məktubunda Şavkat Mirziyoyevin bu ilin fevralında Sülh Şurasının təsis iclasında iştirakını yüksək qiymətləndirib, Özbəkistanda diqqətəlayiq nəticələr əldə etdiyini vurğulayıb: "Tramp öz məktubunda Özbəkistan Prezidentini Sülh Şurasının növbəti görüşünə, eləcə də Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib".