EN

İran İsrailin strateji hədəflərinə zərbələr endirdi

İran Silahlı Qüvvələri İsrailin bir neçə mühüm və strateji obyektinə, o cümlədən Hayfadakı hərbi-dəniz və yanacaq obyektlərinə yeni zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Ötən gün isə İran hərbçilərinin İsrailin ən böyük istilik elektrik stansiyası olan "Orot Rabin"ə ("Rabinin işıqları") raket zərbəsi endirdiyi bildirilmişdi. Aralıq dənizi sahilində, Hadera şəhəri yaxınlığında yerləşən bu obyekt İsrailin bütün elektrik enerjisinin təxminən 25%-ni təmin edir.

Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına düşüb və o, həlak olub. Cavab olaraq İran İsrailə, Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və dronlarla zərbələr endirir.

Chosen
3
40
publika.az

10Sources