EN

Livanda iki İsrail əsgəri həlak olub

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Livanın cənubunda döyüş əməliyyatları zamanı iki İsrail əsgəri həlak olub.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Sərhəddə "Hizbullah"la davam edən toqquşmalar fonunda Livanın cənubunda döyüşlər zamanı iki əsgər həlak olub", - bəyanatda deyilir.

Beləliklə, İsrail və Livan arasında təkrar eskalasiyanın başlanmasından bəri həlak olan İsrail əsgərlərinin sayı dördə çatıb. Onlardan ikisi martın 8-də həlak olub.

Agentlik qeyd edib ki, "Hizbullah" və İsrail arasındakı münaqişə ABŞ və İsrailin İrana qarşı müharibəsinin ən qanlı yan təsirinə çevrilib.

İsrail ordusunun Livandakı hücumu nəticəsində 1000-dən çox insan həlak olub, 1 milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
6
cebheinfo.az

8Sources