EN

"Ərazisində ABŞ qoşunları olan..." - İrandanbu ölkələrə TƏHDİD

İran hakimiyyəti Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi istənilən oteli hücum etməklə hədələyir.

Bu barədə “Fars” agentliyi məlumat yayıb. İran hərbi komandanlığındakı mənbələr xəbərdarlığın əsasən Bəhreyn və BƏƏ-yə ünvanlandığını bildiriblər. Belə ki, bu ölkələrdəki otel sahibləri Tehrandan bir mesaj alıblar. Mesajda ABŞ hərbi qulluqçularının oteldə qalmasına icazə verilməməsi tövsiyə edilib.

Ancaq agentlik qeyd edir ki, bu iş yalnız Fars körfəzi ölkələri ilə məhdudlaşmır.

Mənbələrin verdiyi məlumata görə, ABŞ əsgərləri Beyrut və Dəməşqdəki otellərdə qalır və Cibuti hava limanı yaxınlığındakı hərbi bazada yerləşdirilib.

Mətləb

Chosen
44
1
sia.az

2Sources