EN

İran raketlər üzərində bəzi ölkələrə təşəkkür mesajları yerləşdirib

BAKI, 27 mart. TELEQRAF

İran silahlı qüvvələri raketlərin üzərinə bir sıra ölkələrin xalqlarına ünvanlanan təşəkkür mesajları yerləşdirməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, raketlərin üzərində ingilis dilində Almaniya, Hindistan, Pakistan və İspaniya xalqlarına ünvanlanan təşəkkür sözləri yazılıb.

Bildirilib ki, bu mesajlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Qüvvələri tərəfindən paylaşılan materiallarda əks olunub.

Chosen
46
teleqraf.com

1Sources