ABŞ-nin İrana qarşı hərbi strategiyası ilə bağlı yayılan son məlumatlar bölgədə yeni və daha təhlükəli mərhələnin başlaya biləcəyinə işarə edir.
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Vaşinqton artıq İrana qarşı mümkün quru əməliyyatı da daxil olmaqla genişmiqyaslı hərbi variantları ciddi şəkildə nəzərdən keçirir.
Məlumata əsasən, Pentagon “sarsıdıcı zərbə” planı çərçivəsində həm bombardman, həm də quru müdaxilə ssenarilərini işləyir. Axios isə yazır ki, müzakirə olunan variantlar arasında Hörmüz boğazı yaxınlığında gəmilərin ələ keçirilməsi və İranın əsas neft ixrac nöqtəsi sayılan Xarq adasına mümkün hücum da var.
Musavat.com