EN

UEFA Millətlər Liqasında C və D Divizionları üçün pley-off oyunlarına start verilib

Bakı. Trend:

UEFA Millətlər Liqasında C və D Divizionlarının son ikiiştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunlarıkeçirilib.

Trend xəbər verir ki, Latviya millisi Cəbəllütariqi 1:0,Lüksemburq yığması isə Maltanı 2:0 hesabı ilə məğlub edib.

Komandalar arasında cavab matçları martın 31-də keçiriləcək. Bucütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasındamübarizə aparacaq.

Qeyd edək ki, Cəbəllütariq - Latviya matçının qalibi C Liqasının2-ci qrupunda, məğlubu isə D Liqasının 1-ci qrupunda çıxış edəcək.Malta - Lüksemburq oyunun qalibi C Liqasının 4-cü qrupunda, məğlubuisə D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.

Chosen
117
az.trend.az

1Sources