EN

ABŞ dollarında ilk dəfə prezidentin imzası olacaq - Tramp tarixə düşəcək

BAKI, 27 mart. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi ölkənin 250 illiyi münasibətilə dollar əskinaslarında prezidentin imzasının yerləşdirilməsini planlaşdırır.

Teleqraf xəbər verir ki, ilk dəfə olaraq dövriyyədə olan valyutada ABŞ prezidenti Donald Trumpın imzası yer alacaq. Əskinaslarda həmçinin maliyyə naziri Scott Bessentin də imzası olacaq.

Nazir bildirib ki, bu addım ABŞ-nin tarixi nailiyyətlərini və prezident Donald Trampın rolunu qeyd etmək üçün ən effektiv üsullardan biridir.

“Ölkəmizin və Donald Trampın tarixi nailiyyətlərini qeyd etməyin bundan daha effektiv yolu yoxdur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Trampın imzasının dollar üzərində əks olunması həm məqsədəuyğundur, həm də onun ABŞ iqtisadiyyatının inkişafına verdiyi töhfələr baxımından əsaslıdır.

Chosen
66
5
teleqraf.com

10Sources