EN

Danimarka pley-off yarımfinalında Şimali Makedoniyanı məğlub etdi

2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off yarımfinalında Danimarka milli futbol komandası öz meydanında Şimali Makedoniya milli futbol komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş Kopenhagen şəhərində baş tutub və Danimarka millisi 4:0 hesablı qələbə qazanıb.

“Qırmızı qvardiya” favoriti olduğu üçün oyunun əvvəlindən üstünlük qazanıb. İlk hissədə isə azarkeşlər qapılara qol sevinci görməyiblər. İkinci hissədə isə meydan sahibləri on dəqiqəlik parlaq oyun nümayiş etdiriblər. 49-cu dəqiqədən 59-cu dəqiqəyə qədər Danimarka millisinin üç qolu qeyd olunub. Əvvəlcə Anders Damsgor fərqlənib, ardınca Joakim Isaksen dublla komandasının üstünlüyünü artırıb.

76-cı dəqiqədə Norqor dördüncü qolunu vuraraq yekun hesabı müəyyən edib – 4:0.

Beləliklə, Danimarka millisi Şimali Makedoniyanı ikinci hissədə darmadağın edərək pley-off finalına yüksəlib. Finalda “qırmızı qvardiya” Çexiya – İrlandiya cütünün qalibi ilə qarşılaşacaq və dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq.

Chosen
36
90deqiqe.az

1Sources