Yanacaq qiymətləri KƏSKİN ARTIR - bu ölkədə
Ajans.az xəbər verir ki, bahalaşma ən çox yüksək oktanlı benzin növlərinə və dizel yanacağına təsir edib. Belə ki, “Premium” markalı benzin və dizelin qiyməti 7 %-dən 10 %-dək artıb. Hazırda bu növ benzinin bir litri təxminən 28 pesoya (təqribən 2 manat 60 qəpik) başa gəlir. Bəzi regionlarda dizel yanacağının qiyməti isə 30 pesoya (təxminən 2 manat 80 qəpik) qədər yüksəlib.