EN

Türkiyədən gəmi hücumuna reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə Altura tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçilik üçün ciddi təhdid adlandırıb.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli açıqlamasında bildirib. O, Türkiyənin beynəlxalq hüquq çərçivəsində regiondakı iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq üçün lazımi tədbirləri görmək hüququnu özündə saxladığını bildirib. Keçelinin sözlərinə görə, müvafiq qurumlar hücumla əlaqədar lazımi araşdırmalar və texniki tədbirlər aparır. Gəmidə olan 27 türk ekipaj üzvü zərər çəkməyib.

Qeyd edək ki, Qara dənizdə Türkiyə tərəfindən idarə olunan və xam neft daşıyan Sierra Leone bayrağı altında üzən Altura tankerinə dronla hücum edilib.

Chosen
20
12
metbuat.az

10Sources