Sabah Azərbaycan millisi ilə üz-üzə gələcək Sent Lusiya millusinin baş məşqçisi Stern Con bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda mətbuat konfransı keçirib. Rekord.az xəbər verir ki, trinidad və tobaqolu mütəxəssis öncə oyun öncəsi fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
-Çox uzun yol gəlmişik, amma maraqlı səfər oldu. Yaxşı və rəqabətli oyun gözləyirik. Oyuna da yaxşı hazırlaşmışıq, meydançaya da qələbə üçün çıxacayıq.
- Ölkəmiz haqda təəssüratınız necədi?
- Çox yaxşı. İlk andan isti, qonaqpərvər münasibət gördük. Ölkəniz də çox gözəldi. Buranın Dubaya bənzədiyini bizə demişdilər, həqiqətən elədir.
- Azərbaycan millisi haqda hansı məlumatınız var?
- Yaxşı komandadır, müəyyən məlumatımız var. Bilirik ki, Azərbaycan millisində Çempionlar Liqasında oynamış futbolçular var.