"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:
"Bu, bizim 2026-cı ildə ilk oyunumuzdu. Çalışacağıq ki, yaxşı çıxış edək. Nəticə bizim üçün vacibdi. Qələbə qazanmaq istəyirik".
O, matçın çətinliyi barədə bunları söyləyib:
"Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdi. Hansı rəqib olursa-olsun, qalib gəlməliyik".