ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
ABŞ Tehranla danışıqların iflasa uğrayacağı halda quru qoşunlarının istifadəsini də nəzərdə tutan "son zərbə" variantlarını hazırlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İranla danışıqlara başlamaq cəhdləri nəticə verməzsə və rəsmi Tehran Hörmüz boğazında gəmiçiliyi təhdid etməyə davam edərsə, ABŞ "son zərbə" endirə bilər. Bu addımın iki əsas məqsədi ola bilər: Tehranla gələcək danışıqlarda mövqeləri gücləndirmək və ya ABŞ Prezidenti Donald Trampa müharibəni birtərəfli qaydada qələbə ilə başa çatdırmaq imkanı vermək.
Məmurlar "Axios"a bildiriblər ki, dörd variant müzakirə olunur. Birinci variant İranın əsas neft mərkəzi olan Xarq adasının ələ keçirilməsi və ya blokadaya alınmasını nəzərdə tutur. İkinci variant Hörmüz boğazından keçən gəmiləri izləyən İran bazaları və radarlarının yerləşdiyi, həmçinin ticarət gəmilərinə hücum edə bilən kiçik qayıqların olduğu Larak adasının ələ keçirilməsidir. Üçüncü variant Fars körfəzinin şərq hissəsində yerləşən Əbu-Musa adasına müdaxilədir. Bu ada İrana körfəzdən çıxan gəmilərə nəzarət imkanı verir. Əbu-Musa, eləcə də yaxınlıqdakı Böyük və Kiçik Tunb adaları hazırda İranın nəzarətindədir, lakin onlara Birləşmiş Ərəb Əmirlikləri də iddia edir.
Bundan əlavə, ABŞ İran neftini ixrac edən gəmiləri bloklaya və ya nəzarətə götürə bilər.
Həmçinin ABŞ hərbçilərinin dağıdılmış nüvə obyektlərinin altında yerləşdiyi ehtimal edilən yüksək zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməsi planları da nəzərdən keçirilir. Alternativ olaraq, ABŞ bu obyektlərə güclü bomba zərbələri endirərək İranın həmin materiala çıxışını tamamilə məhdudlaşdıra bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.