EN

Putin: Yaxın Şərqdəki münaqişənin nəticələrini proqnozlaşdırmaq çətindir

Yaxın Şərqdəki münaqişənin nəticələrini hətta ona cəlb olunmuş iştirakçılar da proqnozlaşdıra bilmirlər.

"Far.Az" Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu həmin ölkənin Prezidenti Vladimir Putin deyib.

"Yaxın Şərqdəki münaqişənin nəticələrini hələlik dəqiqliklə proqnozlaşdırmaq çətindir. Mənə elə gəlir ki, münaqişəyə cəlb olunanların özləri də heç nəyi proqnozlaşdıra bilmirlər, lakin bizim üçün bu, daha da çətindir", - Putin deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə beynəlxalq logistika, istehsal və kooperasiya zəncirlərinə əhəmiyyətli ziyan vurur.

Chosen
19
2
far.az

2Sources