EN

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 nəfər yaralandı - VİDEO

Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Mercedes Vito" avtomobil ilə "Honda" markalı avtomobil toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumatda qeyd olunub ki, təcili tibbi heyardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".

"Cebheinfo.az"

Chosen
17
5
cebheinfo.az

6Sources